Müharibənin əvvəlində yaranan eyforiya sonradan məyusluq və pessimizmlə əvəz olunub, çünki İranda hakimiyyət hələ də sabit görünür. Bu barədə Ynet yazır.
Məlumata görə, müharibənin başlanğıcında məqsədlərdən biri İranda hakimiyyətin devrilməsi kimi göstərilsə də, hazırda qiymətləndirmələrə görə rejim hələ də möhkəm qalır. Hakimiyyətə qarşı üsyan və ya başqa yollarla dəyişiklik ssenarilərinin çox az ehtimal olunduğu bildirilir.
İsrailin baş naziri Binyamin Netanyahu artıq İsrail cəmiyyətini müharibənin ayətullahların hakimiyyətinin süqutu ilə nəticələnməyə biləcəyinə hazırlayır.
Mənbələrin məlumatına görə, hərbi kampaniya ən azı daha iki həftə davam edə bilər. Məqalədə qeyd olunur ki, “son söz hələ deyilməyib”.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan müharibənin necə başa çatacağı soruşulduqda, o, “bilmirəm” cavabını verib.
İsraildə hesab edirlər ki, münaqişənin necə və nə vaxt bitəcəyinə dair son qərarı ABŞ prezidenti Donald Tramp verəcək. Buna görə də İsrail tərəfi hərbi əməliyyatları maksimum sürətlə davam etdirməyə çalışır.

