ABŞ hərbçiləri ABŞ Prezidenti Donald Trampa İranla münaqişənin mümkün inkişafı ilə bağlı müxtəlif variantlar təqdim ediblər. Bu barədə məlumatlı mənbələrə istinadən NBC telekanalı xəbər yayıb.
Bildirilir ki, təqdim olunan planlar həm münaqişənin dayandırılması, həm də onun daha da genişlənməsi ssenarilərini əhatə edir. Lakin bu variantların konkret detalları açıqlanmayıb.
Mənbələrdən birinin sözlərinə görə, müharibənin nə vaxt bitəcəyi ilə bağlı vaxt çərçivəsi “hər gün dəyişə bilər”.
Bu arada İran Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Tehran uzunmüddətli müharibəyə hazırdır.
ABŞ Prezidenti Donald Tramp isə Ağ Evdə keçirilən mərasim zamanı jurnalistlərə bildirib ki, İranla münaqişə çox yaxın zamanda başa çata bilər.

