Donald Trampın müşavirləri ona İran üzərində tezliklə “qələbə elan etməyi” tövsiyə edirlər.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ liderinin müşavirləri müharibənin aydın məqsədləri olmayan uzunmüddətli qarşıdurmaya çevrilə biləcəyindən narahatdırlar.
Məqalədə qeyd olunur ki, ABŞ-ın İrana qarşı əməliyyatı Trampın köməkçiləri və məsləhətçiləri arasında siyasi nəticələrlə bağlı ciddi narahatlıq yaradıb. Onlar hesab edirlər ki, dəqiq plan və ictimai dəstək olmadan uzanan müharibə siyasi baxımdan ağır nəticələrə səbəb ola bilər.
Nəşrin mənbələrindən biri müharibənin davam etdirilməsini “heç bir şərtsiz siyasi risk” kimi qiymətləndirib.

