Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-da saxlanıldığı şəraitdə uzun fasilədən sonra sosial şəbəkələrdə tərəfdarlarına şəxsi müraciət yayımlayıb.
O, həyat yoldaşı Siliya Flores ilə birlikdə paylaşdığı mesajda Venesuela vətəndaşlarına və dünyadakı dəstəkçilərinə təşəkkür edib, onların məktub və dualarının ona mənəvi güc verdiyini bildirib.
Müraciətdə qeyd olunub ki, Maduro sakitliyini qoruyur və ölkəsinin taleyini izləməyə davam edir, həmçinin vətəndaşları milli birlik və dialoqa çağırıb.
“Mesajlarınızı, məktublarınızı və dualarınızı aldıq. Hər bir dəstək sözü bizi ruhən gücləndirir. Biz yaxşıyıq, möhkəmik, sakitik və daimi dua halındayıq”
Nikolas Maduro əlavə edib ki, beynəlxalq dəstək onun mövqeyinə olan “sarsılmaz inamının” əsas mənbəyidir.

