ABŞ-da Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silía Flores barəsində rəsmi ittihamlar irəli sürülüb. Onların ABŞ məhkəməsində mühakimə ediləcəyi bildirilib. Bu barədə ABŞ-ın baş prokuroru Pam Bondi X sosial şəbəkəsində məlumat yayıb.
Bondinin sözlərinə görə, Maduro və Flores narkoterrorizm məqsədilə əlbir olmaqda, kokainin ABŞ-a qanunsuz idxalı üçün sui-qəsddə, avtomat silahlar və partlayıcı qurğuların saxlanılmasında, eləcə də ABŞ-a qarşı silahlı sui-qəsddə ittiham olunurlar.
“Onlar tezliklə Amerika torpağında, Amerika məhkəmələrində ABŞ ədalətinin bütün sərtliyi ilə üz-üzə qalacaqlar”, — deyə Bondi bildirib.
ABŞ baş prokuroru eyni zamanda Donald Trumpa “cəsarətinə görə”, ABŞ hərbçilərinə isə “iki beynəlxalq narkotik alverində şübhəli bilinən şəxsin saxlanılması ilə nəticələnən son dərəcə uğurlu əməliyyata görə” təşəkkür edib.

