ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatı başa çatdırmağa hazır olduğunu bildirib. Bu barədə Wall Street Journal məlumat yayıb.
O vurğulayıb ki, Hörmüz boğazının bağlanması belə qərarın qəbuluna mane olmayacaq.
Qeyd olunur ki, prezidentin bu qərarı ABŞ-ın regiondakı strategiyasına təsir göstərə bilər.
Hazırda administrasiya mümkün nəticələri təhlil etməyə davam edir.

