ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat yaxın zamanda başa çata bilər, lakin bu həftə ərzində yekunlaşacağı gözlənilmir.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Düşünmürəm. Amma bu, yaxın zamanda baş verəcək.”
ABŞ lideri bu sözləri İrana qarşı aparılan hərbi kampaniyanın bu həftə bitib-bitməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.
Hazırda regionda gərginlik yüksək olaraq qalır və Vaşinqtonla Tehran arasında qarşıdurmanın necə inkişaf edəcəyi beynəlxalq diqqət mərkəzindədir.

