ABŞ Prezidenti Donald Tramp İran xalqı üçün narahat olduğunu və ölkəni “azad və təhlükəsiz” görmək istədiyini bəyan edib.
Bu barədə The Washington Post məlumat yayıb.
“Mənim istədiyim yeganə şey İran xalqı üçün azadlıqdır. Orada təhlükəsiz bir ölkə qurmaq istəyirəm və buna nail olacağıq”, — deyə Tramp İsrail və ABŞ-ın İrana zərbələrindən sonra qəzetə müsahibəsində bildirib.
Fevralın 28-də İsrail İrana qarşı bir sıra zərbələr endirib. Ardınca Donald Tramp Amerika ordusunun da İrana qarşı əməliyyata başladığını açıqlayıb. O, sosial şəbəkələrdə paylaşdığı videoda bunun “genişmiqyaslı döyüş əməliyyatı” olduğunu vurğulayıb.
ABŞ əməliyyatı “Epik Qəzəb”, İsrail isə “Nərildəyən Şir” adlandırıb.

