ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ ilə nüvə sazişi olmadan razılığa gələ bilməz.
O, bu fikirləri Truth Social platformasında paylaşıb.
Tramp paylaşımını süni intellektlə yaradılmış görüntü ilə müşayiət edib — fotoda o, gün eynəyi və silahla partlayışlar fonunda təsvir olunub.
“İran özünü toparlaya bilmir. Onlar qeyri-nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Onlar tezliklə ağıllanmalıdır!” — deyə Donald Tramp qeyd edib.

