ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gələ bilməyib və ABŞ hərbi dəniz qüvvələri İrana qarşı dəniz blokadasına başlayır.
Onun sözlərinə görə, keçirilən görüşlər ümumilikdə müsbət keçsə də, əsas məsələ olan nüvə problemi üzrə razılıq əldə olunmayıb.
Görüş yaxşı keçdi, bir çox məsələlər razılaşdırıldı, amma əsas məsələ — nüvə problemi — həll olunmadı, — deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, artıq ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olan və ya oradan çıxan bütün gəmilərə qarşı blokada prosesinə başlayacaq.
Tramp qeyd edib ki, bu əməliyyata digər ölkələr də qoşulacaq, lakin nə dəqiq tarix, nə də hansı ölkələrin iştirak edəcəyi açıqlanmayıb.
O, həmçinin İranı “şantajda” ittiham edib və bildirib ki, ABŞ belə təzyiqlərə dözməyəcək. ABŞ prezidenti iddia edib ki, İran təkcə maliyyə deyil, həm də nüvə silahı əldə etməyə çalışır.

