ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində süni intellekt tərəfindən yaradılmış bir təsvir dərc edib.
DenMedia.az xəbər verir ki, bu təsvirlərdə o, taxtda oturan imperator obrazında göstərilir.
Portretdə Tramp qızıl zirehlərdə təsvir olunub, onun ayaqları önündə isə iki kişi və bir qadın görünür; prezidentin özü digər fiqurlardan daha iri ölçüdə göstərilib.
Daily Beast nəşrinin məlumatına görə, Trampın yanında guya Demokrat azlığın lideri Çak Şumer, Massaçusetsdən senator Elizabet Uorren və Kaliforniyadan senator, ipoteka krediti fırıldağı işi üzrə araşdırılan Adam Şiff təsvir olunub.

