İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərini ölkə ərazisində yeni ABŞ hərbi bazalarının yerləşdirilməsini davam etdirəcəyi təqdirdə “ciddi nəticələr”lə bağlı xəbərdar edib.
Nazirlik həmçinin Əbu-Dabinin və onun müttəfiqlərinin Yaxın Şərqdəki “təxribatçı fəaliyyətlərini” pisləyib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Əbu-Dabi rəhbərliyinin İrana qarşı düşmən mövqedə olan tərəflərə yardım göstərməsini, o cümlədən onların hərbi bazalarının və silahlarının yerləşdirilməsini davam etdirməsini qınayır və bunun regionda sülh və sabitlik üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edir, deyə bəyanatda bildirilib.

