İranın Xarici İşlər Nazirliyi Ukraynanın ABŞ və İsraillə birlikdə İrana qarşı aqressiyanın iştirakçısına çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Nazirlik bəyan edib ki, əgər belə hal baş verərsə, İran xalqı bunu “heç vaxt bağışlamayacaq”.
Qurumun açıqlamasında həmçinin bildirilib ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq dörd ildir ölkə xalqını davamlı müharibəyə cəlb etməyə çalışır.
İran tərəfinin iddiasına görə, Zelenski indi Ukraynanı İranla mümkün münaqişəyə də cəlb etmək niyyətindədir.

