İran komandanlığı ABŞ-nin iki İran tankerinə hücum etdiyini və bununla da atəşkəs rejimini pozduğunu bəyan edib.
Bəyanatda qeyd olunub ki, “ABŞ-nin təcavüzkar, terrorçu və bandit ordusu” İranın sahil sularından Cask rayonu istiqamətindən Hörmüz boğazına doğru hərəkət edən tankeri hədəfə alıb.
İran tərəfinin iddiasına görə, Hörmüz boğazının girişində, BƏƏ-nin Füceyrə limanı qarşısında yerləşən digər tanker də hücuma məruz qalıb.
Eyni zamanda mülki yaşayış məntəqələrinə hava zərbələrinin endirildiyi də bildirilib.
İran hərbçiləri cavab olaraq Hörmüz boğazının şərqində yerləşən ABŞ gəmilərini atəşə tutduqlarını açıqlayıblar.
Komandanlıq xəbərdarlıq edib ki, İslam Respublikası gələcək istənilən hücuma qəti və sərt cavab verəcək.

