ran Hörmüz boğazının blokadası davam edərsə, digər ölkələrin Fars və Oman körfəzlərində, eləcə də Qırmızı dənizdə ticarət aparmasına imkan verməyəcək. Bu barədə İran Silahlı Qüvvələrinin “Xatam əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-leytenant Əli Abdullahi bildirib.
Onun sözlərini Mehr agentliyi yayıb. Əli Abdullahi qeyd edib ki, ABŞ-ın addımları atəşkəs rejiminə təhlükə yaradır, DenMedia.az xəbər verir.
“Əgər aqressiv və terrorçu ABŞ qanunsuz hərəkətlərini davam etdirərsə, bu addımlar atəşkəs rejiminin pozulmasına səbəb ola bilər və İran Silahlı Qüvvələri Fars və Oman körfəzləri, eləcə də Qırmızı dəniz vasitəsilə ixrac və idxalın davam etməsinə imkan verməyəcək.”

