Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının yenidən bağlanmasını səhv addım adlandırıb. O, bu fikirləri Polşanın Baş naziri Donald Tusk ilə birgə keçirilən mətbuat konfransında səsləndirib. Makron bildirib ki, ABŞ-ın İran limanlarına qarşı blokada siyasətini davam etdirməsi regionda gərginliyi artırıb və bu, İran tərəfinin əvvəlki mövqeyini dəyişməsinə səbəb ola bilər. Onun sözlərinə görə, yaranmış vəziyyət hər iki tərəfin səhv qərarlarının nəticəsidir. Fransa Prezidenti həmçinin Hörmüz boğazında hücuma məruz qalan Fransa konteyner gəmisi ilə bağlı açıqlama verib. O, hadisə zamanı Fransanın birbaşa hədəf olmadığını, atəşlərin ehtimal ki, xəbərdarlıq xarakteri daşıdığını bildirib. Makron beynəlxalq ictimaiyyəti eskalasiyadan çəkinməyə çağırıb və Hörmüz boğazında dəniz hərəkətinin dərhal və şərtsiz bərpa olunmasının vacibliyini vurğulayıb. Hadisələrin 13 apreldən sonra başladığı, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanları ətrafında dəniz nəqliyyatına məhdudiyyət tətbiq etməsindən sonra ticarət axınının dayandığı bildirilir.
«Bu hər iki tərəfin səhvidir»: Makron Hörmüz boğazının yenidən bağlanmasından danışdı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

