İran Silahlı Qüvvələri Hörmüz boğazında İran tankerinə hücum edən ABŞ qüvvələrini raket atəşinə tutub.
Bu barədə İslam Respublikasının dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.
ABŞ təcavüzkar ordusunun İran tankerinə hücumundan sonra düşmənin Hörmüz boğazındakı bölmələri İran tərəfindən raket atəşinə məruz qalıb, — deyə bəyanatda bildirilir.
Hadisənin nə vaxt baş verdiyi dəqiqləşdirilməyib.
Məlumata görə, ABŞ qüvvələrinə ziyan dəyib.

