ABŞ Prezidenti Donald Tramp Afrika qitəsində İŞİD terror təşkilatının liderlərindən birinin məhv edildiyini bildirib.
Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
Ağ Ev rəhbəri yazıb:
Bu axşam mənim göstərişimlə cəsur Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyada ən fəal terrorçulardan biri olan Əbu Bilal əl-Minukinin döyüş meydanından çıxarılması üçün diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz həyata keçiriblər.
Tramp vurğulayıb ki, Amerika mənbələri Vaşinqtonu bu terrorçunun Afrika ərazisindəki bütün fəaliyyəti barədə məlumatlandırırdı. ABŞ Prezidentinin sözlərinə görə, onun məhv edilməsindən sonra İŞİD-in fəaliyyəti ciddi şəkildə zəiflədilib.
Tramp əlavə edib:
O, artıq Afrika xalqları arasında qorxu yaymayacaq və Amerika vətəndaşlarına qarşı əməliyyatların hazırlanmasında iştirak edə bilməyəcək. Bu əməliyyatın keçirilməsinə göstərdiyi dəstəyə görə Nigeriya hökumətinə təşəkkür edirik.

