ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Suriyada terrorçuların əli ilə üç ABŞ vətəndaşının həlak olması cavabsız qalmayacaq.
“Suriyada üç böyük amerikalı vətənpərvərin — iki hərbçinin və bir mülki şəxsin, tərcüməçinin həlakı ilə bağlı dərin hüzn içindəyik,” — deyə Tramp bazar günü Truth Social sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, daha üç ABŞ hərbçisi yaralanıb. Onun sözlərinə görə, bu itkilər İŞİD terror qruplaşmasının (Rusiya Federasiyasında qadağandır) hücumu nəticəsində baş verib.
“Çox ciddi cavab tədbirləri görüləcək,” — deyə ABŞ lideri vəd edib.
Tramp əlavə edib ki, Suriya hakimiyyət orqanları da baş verən hadisədən narahatdır.

