ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinə qarşı artıq bu gün zərbələr endirilə biləcəyinə eyham vurub. O, bu barədə sosial şəbəkədə paylaşım edib.
“Bu dəli alçaqlarla bu gün nə baş verəcəyinə baxın. Onlar 47 il ərzində dünyanın hər yerində günahsız insanları öldürüblər, indi isə mən – Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti – onları məhv edirəm”, – deyə Tramp yazıb.
Ağ Evin rəhbəri eyni zamanda bəzi Amerika KİV-lərini məğlubiyyət ab-havası yaratmaqda ittiham edib.
“Əgər çökən New York Times qəzetini oxuyursunuzsa, biz qalib gəlmirmişik kimi yanlış təəssürat yarana bilər. İranın hərbi-dəniz qüvvələri məhv edilib, onların hərbi-hava qüvvələri artıq mövcud deyil, raketlər, dronlar və digər silahlar tam şəkildə məhv edilir, liderləri isə yer üzündən silinib”, – deyə ABŞ prezidenti bildirib.

