ABŞ-ın İrana hücumu İslamabad Anlaşma Memorandumunun birinci və ikinci bəndlərini pozub.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. Onun sözlərini Fars agentliyi yayıb.
Qəribabadi ABŞ-ın hücumunu əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması kimi qiymətləndirib. Diplomatın sözlərinə görə, Vaşinqton son üç həftə ərzində memorandumun şərtlərini dəfələrlə pozub.
“ABŞ-ın İrana hücumu İslamabadda imzalanmış anlaşma memorandumunun 1-ci və 2-ci bəndlərinin kobud şəkildə pozulmasıdır”, - deyə Qəribabadi vurğulayıb.

