ABŞ və İran Tehranla Vaşinqton arasında anlaşma memorandumunun icrasına nəzarət üçün informasiya kanalı yaradacaq.
Bu barədə ISNA İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər müşahidə qrupunun operativ rabitə kanalının yaradılması barədə razılığa gəliblər.
“Sabahadək müşahidə qrupunun operativ rabitə kanalının yaradılması qərara alınıb. Anlaşma memorandumunda aşkarlanan çatışmazlıqlar rəsmi və sənədli şəkildə diqqətə çatdırılacaq, müzakirə olunacaq və onlarla bağlı qərarlar qəbul ediləcək”, — deyə Qaribabadi bildirib.
Qeyd olunur ki, kanal memorandumun mümkün pozuntularının izlənməsi və tərəflər arasında texniki məsələlərin sənədləşdirilmiş qaydada müzakirəsi üçün nəzərdə tutulur.

