Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumu Pakistanın paytaxtı İslamabadda imzalanmayıb və buna səbəb ABŞ tərəfinin mövqeyi olub. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, razılaşmanın imzalanmasına az qalmış İran nümayəndə heyəti ABŞ-ın sərt və dəyişkən mövqeyi ilə üzləşib.
İslamabad memorandumunun imzalanmasına az qalmış biz ABŞ tərəfinin maksimalizmi, şərtləri davamlı dəyişməsi və sərt mövqeyi ilə qarşılaşdıq, — deyə Araqçi yazıb.
Nazir vurğulayıb ki, İran danışıqlara səmimi və konstruktiv yanaşıb. Tehran İslamabada son 47 ildə ən yüksək səviyyəli nümayəndə heyətini göndərsə də, proses zamanı dialoqa manipulyasiya cəhdləri ilə üzləşib.

