ABŞ Prezidenti Donald Trampın qızı olduğunu iddia edən Necla Özmen NATO sammiti zamanı verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.
NATO sammiti çərçivəsində Ankaraya gələn Trampa emosional müraciət edən Özmenin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub. O, göz yaşları içində etdiyi açıqlamada Trampa səslənib.
Özmenin çıxışlarından sonra psixiatr professor Arif Verimli də X hesabında məsələ ilə bağlı paylaşım edib. Verimli Özmenin vəziyyətini “sayıqlama” kimi qiymətləndirib.
Psixiatr paylaşımında bildirib: “Tramp DNT analizi versə və nəticədə qızı olmadığı ortaya çıxsa belə, o, buna inanmayacaq”.
Verimli bir izləyicisinin “Bunu sosial mediadan pul qazanmaq üçün davam etdirə bilər” şərhinə isə “Xeyr, elə deyil” cavabını verib.
Professor bu vəziyyətin müalicəsinin mümkün olduğunu qeyd edib və narahatlığını da ifadə edib: “Sonluğun pis olmasından qorxuram”.

