ABŞ müdafiə naziri Pete Heqsetin İranla bağlı bəyanatları, regionda artan gərginliklər fonunda ciddi diqqətə layiqdir. Onun "ABŞ Prezidenti Donald Tramp sülh istəyir və İran bu yolu tutmalıdır" ifadəsi, Tramp administrasiyasının xarici siyasətində sülh və diplomatiyanın üstünlük təşkil etdiyini vurğulayan bir açıqlama kimi görünür.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Den.az-a mövzunu şərh edərək bildirib ki, Heqsetin nüvə obyektlərinə zərbələrin İran əsgərləri və mülki şəxslərə qarşı yönəlmədiyi barədəki bəyanatı, bu zərbələrin yalnız İranın hərbi potensialını hədəf aldığını iddia edir. Bu açıqlama, hərbi əməliyyatların əsas məqsədinin İranın nüvə ambisiyalarını məhv etmək olduğunu ifadə edir.
Prezident Trampın planlaşdırdığı əməliyyatın cəsarətli və parlaq olduğunu qeyd edən Heqset, bu əməliyyatın Amerikanın çəkindirmə gücünün geri qayıtdığını dünyaya göstərdiyini iddia edir. Bu iddia, ABŞ-ın regionda və dünyada yenidən güc mövqeyini bərpa etməyə çalışdığını göstərir.
Xəyal Bəşirov hesab edir ki, Heqsetin bəyanatları, ABŞ-ın İranla bağlı siyasətində güc və diplomatiyanın birləşdiyini göstərir. Prezident Donald Trampın rəhbərliyi altında həyata keçirilən əməliyyatlar, həm ABŞ-ın hərbi gücünü, həm də diplomatik təsirini artırmağa yönəldilmiş görünür.
Ellada Rəsul