NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi üçün Ankarada olan Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı fikirlərinə münasibət bildirib.
Danimarka mətbuatına açıqlama verən Frederiksen Danimarka Krallığına bağlı olan Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olmaq istəmədiyini deyib.
Baş nazir bildirib ki, Qrenlandiyanın statusu ilə bağlı mövqe əvvəldən aydındır:
“Qrenlandiya, əlbəttə, satışda deyil. Biz bunu ilk gündən açıq şəkildə bildirmişik.”
Frederiksen həmçinin qeyd edib ki, Danimarka NATO-dan ölkənin suverenliyinə hörmətlə yanaşılmasını gözləyir.
Qeyd edək ki, Donald Tramp bu gün Ankarada verdiyi açıqlamada Qrenlandiya məsələsini yenidən gündəmə gətirib. O, Qrenlandiyanın ABŞ üçün mühüm əhəmiyyət daşıdığını və bu ərazinin ABŞ-ın nəzarətində olmalı olduğunu bildirib.

