İran hökuməti danışıqların bərpası üçün ABŞ-dan zəmanətlər tələb edib. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Məlumata görə, Tehran bu şərt yerinə yetirilmədən digər ölkələrin vasitəçi olmaq təkliflərini qəbul etməyib.
Xüsusilə İran ABŞ-dan gələcəkdə ölkəyə qarşı hücum edilməyəcəyinə dair zəmanət gözləyir. Bundan başqa, irəli sürülən şərtlər arasında reparasiya ödənilməsi və Tehranın öz nüvə obyektlərində tam nüvə yanacaq dövriyyəsini həyata keçirməsinə razılıq verilməsi də yer alır.

