ABŞ prezidenti Donald Trampın administrasiyası İrana danışıqlara açıq olduğunu çatdırıb. Bu barədə Axios nəşrinə danışan yüksək rütbəli amerikalı rəsmi bildirib.
Mənbənin sözlərinə görə, Vaşinqton bir neçə diplomatik kanal vasitəsilə Tehrana görüş keçirməyə və mümkün razılaşmanı müzakirə etməyə hazır olduğu mesajını verib. Eyni zamanda qeyd olunur ki, Tramp administrasiyası İrana zərbə endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib.
Axios yazır ki, hazırda ABŞ tərəfi hərbi variantı masadan tamamilə kənara qoymayıb, lakin danışıqlar üçün pəncərə açıq saxlanılır.

