ABŞ prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokadaya hazırlaşmaq tapşırığı verib. Bu barədə The Wall Street Journal (WSJ) amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, son həftələrdə Tramp İran iqtisadiyyatına təzyiqi artırmağı, xüsusilə də neft tankeriləri daxil olmaqla gəmilərin İran limanlarından çıxışının qarşısını almağı dəstəkləyib.
Bildirilir ki, Trampın fikrincə, alternativ variantlar — bombardmanların bərpası və ya münaqişədən geri çəkilmək — Vaşinqton üçün daha risklidir.
Eyni zamanda, ABŞ rəhbərliyində bu məsələ ilə bağlı fərqli mövqelər mövcuddur. Bəzi rəsmilər Tehrana təzyiqin daha da gücləndirilməsini istəyir, digərləri isə Hörmüz boğazının bağlı qalmasının və ya döyüş əməliyyatlarının davam etməsinin ABŞ iqtisadiyyatına mənfi təsir göstərə biləcəyindən narahatdır.
Qeyd olunur ki, bu vəziyyət Konqresə keçiriləcək aralıq seçkilərin nəticələrinə də təsir edə bilər.

