İranla sülh razılaşmasının pozulmasına görə məsuliyyətin böyük ehtimalla ABŞ vitse-prezidenti Cey Di Vensin üzərinə düşəcəyi bildirilir.
“Politico” nəşri Tehranla danışıqlarda əsas fiqurlardan biri olan Vensi mümkün razılaşma böhranının ən böyük siyasi itirəni kimi təqdim edib.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının keçmiş rəsmilərindən biri nəşrə bildirib:
“Ən çox itirə biləcək şəxs odur. Bu memorandum çox güman ki, uğursuz layihə kimi yadda qalacaq və bu, onun layihəsidir.”
Keçmiş rəsminin fikrincə, ABŞ ilə İran arasında atəşkəsin pozulması qaçılmaz idi. Buna səbəb memorandumda iki əsas məsələnin həll edilməməsi göstərilir:
Hörmüz boğazına nəzarət və Livandakı müharibənin boğazda vəziyyətin normallaşması ilə əlaqəsi.

