ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından gəmilərin sərbəst keçidini İranla mümkün razılaşmanın əsas şərti adlandırıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Trampın sözlərinə görə, bu bölgədə hər hansı rüsum, ödəniş və ya məhdudiyyət tətbiq edilməsi tərəflər arasında əldə edilə biləcək razılaşmaları poza bilər.
ABŞ lideri vurğulayıb ki, bu cür şərtlər Vaşinqton üçün qəbuledilməzdir və sazişin ümumi formatını ciddi şəkildə dəyişə bilər.
Tramp əlavə edib ki, belə vəziyyət yaranarsa, İranla mümkün razılaşma pozulmaq təhlükəsi ilə üz-üzə qala bilər.

