Türkiyənin qərbində yerləşən Kuşadası kurortunda beşulduzlu oteldə kütləvi zəhərlənmə baş verib.
“Turizmnews” portalının məlumatına görə, qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə təxminən 30 turist xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, simptomlar oteldə “hər şey daxil” sistemi üzrə təqdim olunan yeməklərin qəbulundan qısa müddət sonra yaranıb.
Tibbi yardım göstərildikdən sonra pasiyentlərin bir qismi buraxılıb, digərləri isə həkim nəzarətində saxlanılır.
Hadisədən sonra oteldə yoxlamalara başlanılıb. Əraziyə rayon kənd təsərrüfatı və meşə idarəsinin əməkdaşları, eləcə də sanitar xidmət mütəxəssisləri cəlb olunublar.
Laboratoriya müayinəsi üçün açıq bufetdə təqdim olunan qidalardan və sudan nümunələr götürülüb.
Polis də turistlərin müraciətləri əsasında hadisənin başvermə səbəblərini araşdırır.

