Xəbər verdiyimiz kimi, Şamaxı rayonunun Məlikçobanlı kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
AQTA-dan Den.az-a verilən məlumata görə, hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb:
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir".
Toydakı kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.