ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının növbəti prezidentliyə namizədinin kim olacağı barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib:
“Hazırda bu barədə düşünmək üçün çox tezdir”.
ABŞ lideri bununla Amerika mediasında yayılan və onun Respublikaçılar Partiyasının donorlarına hazırkı vitse-prezident Cey Di Vensin namizədliyini dəstəkləməyə hazırlaşmağı tövsiyə etdiyi barədə xəbərlərə münasibət bildirib.
Tramp həmin məlumatları birbaşa təsdiqləməyib və Respublikaçıların gələcək prezident namizədi ilə bağlı qərar üçün zamanın hələ yetişmədiyini vurğulayıb.

