İran və Oman Hörmüz boğazından keçən gəmilər üçün naviqasiya xəritəsi üzrə razılığa gəlib. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqayi açıqlama verib.
Baqayinin sözlərinə görə, bəzi məsələlər hələ də müzakirə olunur. Tərəflər arasında danışıqların əsas məqsədi boğazdan təhlükəsiz gəmi keçidini tənzimləyəcək yeni marşrutun müəyyənləşdirilməsidir.
Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır və onun açılması ilə bağlı danışıqlar davam edir. İran isə boğazın tam açılması üçün əlavə şərtlərin yerinə yetirilməsini tələb edir.

