Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl Britaniyaya köçdükdən sonra aktrisalıq karyerasına qayıtmağa hazırlaşır.
Bu barədə Variety məlumat yayıb.
Daha əvvəl Avstraliya mediası Meqan Markla Böyük Britaniyada hazırlanacaq yeni layihədə rol təklif edildiyini yazmışdı.

Cütlüyə yaxın mənbələr bu məlumatı təkzib etməyiblər. Daha sonra Variety də məlumatı təsdiqləyib.
Hazırda layihənin detalları və Meqan Marklın hansı rolu canlandıracağı barədə məlumat açıqlanmayıb.

