Sasseks hersoginyası Meqan Markl öz kulinariya bacarıqlarına görə ələ salınıb.
DenMedia.az xəbər verir ki, şərhlər Daily Mail saytında yer alıb.
Meqan Marklın “As Ever” adlı brendinin Instagram səhifəsində onun yeni fotosu dərc olunub.
Şəkildə şahzadə Harri’nin həyat yoldaşı bankadakı mürəbbəni qazandan çıxarmaq üçün konservləşdirmə avadanlığı (xüsusi tutacaq) tutub. Beləcə hersoginya yeni mürəbbə partiyasını təqdim edib.
Ancaq internet istifadəçiləri diqqət ediblər ki, Meqan Markl cihazı tərsinə tutub.
“Bu sadəcə növbəti böyük saxtakarlıqdır”, “O, tam bir dələduzdur”, “Bu, onun aktyorluqda da o qədər də yaxşı olmadığını göstərir”, “Onun bütün həyatı, eləcə də evliliyi utancdır”, – deyə Daily Mail oxucuları yazıblar.