Şahzadə Harri və Meqan Markl, Sasseks hersoqu və hersoginyası, Netflixdən təxminən 60 milyon dollar əldə ediblər. Bu barədə The Royalist Variety nəşrinin podkastına istinadən məlumat yayıb.
Məlumata görə, aparıcı Mett Donnelli bildirib ki, bu məbləğ cütlüyə 2020-ci ildə ABŞa köçdükdən sonra elan olunan müqavilə çərçivəsində ödənilib. Lakin mənbənin sözlərinə görə, Netflix gözlədiyi nəticəni hələ əldə etməyib.
Cütlük “Harri və Meqan” sənədli serialı və “Görünməz lider” filmi də daxil olmaqla bir neçə layihə təqdim etsə də, onların uğuru platformanın gözləntilərini doğrultmayıb.
Netflix ilə müqavilə kral ailəsi öhdəliklərindən imtina etdikdən sonra cütlük üçün ən gəlirli layihələrdən biri olub. Bundan əlavə, onlar Spotify ilə də milyonlarla dollarlıq razılaşma bağlasalar da, bu müqavilə sonradan ləğv edilib. Şahzadə Harri həmçinin “Ehtiyat” adlı xatirə kitabını da nəşr etdirib.
Buna baxmayaraq, cütlüyün Netflix ilə əməkdaşlığı hələ də diqqət mərkəzində qalır — investorlar və analitiklər bu “kral” məzmununa qoyulan investisiyanın effektivliyini qiymətləndirirlər. Tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

