Norveç kralı V Haraldın səhhəti ciddi şəkildə pisləşib və vəziyyəti çox ağır qiymətləndirilir.
Norveç Kral Sarayının açıqlamasına görə, bununla əlaqədar vəliəhd şahzadə Haakon və kraliça Sonya bütün planlaşdırılmış ictimai tədbirlərini ləğv ediblər. Kral Harald son günlər qan infeksiyasına görə antibiotik müalicəsi alırdı.
Sarayın açıqlamasında bildirilib:
“Əlahəzrət kralın səhhəti çox ağırdır. Vəliəhd-regent Haakon və kraliça Sonya bütün tədbirlərini ləğv ediblər.”
Denmedia.az

