Tailand kralının böyük qızı, şahzadə Bajrakitiabha uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.
Bu barədə Kral Sarayı Bürosu məlumat yayıb.
Rəsmi açıqlamaya görə, şahzadə 11 iyun axşamı Tailand Qırmızı Xaç Cəmiyyətinin Kral Çulalonqkorn Memorial Xəstəxanasında dünyasını dəyişib.
Bacrakitiyabha 2022-ci ilin dekabrından komada idi. Son həftələrdə onun vəziyyətinin ciddi şəkildə pisləşdiyi bildirilir.
Kral sarayının nümayəndələri qeyd ediblər ki, 21 maydan etibarən şahzadədə bağırsaq iltihabı nəticəsində qarın boşluğu infeksiyası inkişaf edib. Bundan başqa, o, aşağı arterial təzyiq, ürək ritminin pozulması və qanın laxtalanması ilə bağlı problemlərdən əziyyət çəkib.

