Ümumdünya Meteorologiya Təşkilatı (WMO) El-Ninyo hadisəsinin qarşıdakı aylarda daha da güclənərək çox güclü səviyyəyə çatacağını bildirib. WMO-nun sentyabrın 3-də yaydığı son məlumatda hadisənin 2027-ci ilin fevralına qədər davam etməsi ehtimalının demək olar ki, 100 faiz olduğu qeyd edilir.
Təşkilatın məlumatına görə, Sakit okeanın tropik hissəsində suyun qeyri-adi dərəcədə isti olması El-Ninyonun güclənməsinə şərait yaradır. Bunun dünyanın müxtəlif bölgələrində ekstremal istilər, quraqlıq və daşqın riskini artıracağı gözlənilir.
Bununla yanaşı, BMT-nin Dünya Ərzaq Proqramı (WFP) El-Ninyonun ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın hesablamasına görə, 2027-ci ilin sonunadək əlavə 49 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.
WFP bildirir ki, ən ciddi təsirlər Mərkəzi Amerika və Cənubi Afrikanın bəzi hissələrində gözlənilir. Şərqi Afrika, Cənubi və Cənub-Şərqi Asiyada da ciddi risklər mövcuddur.
Denmedia.az

