Nyu-York prokurorluğu ABŞ-da həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresa qarşı yeni ittihamlar irəli sürməyə hazırlaşır.
CNN məlumatlı mənbələrə istinadən xəbər verir ki, yeni ittihamlar son illərdə Venesuela həbsxanalarında saxlanılmış amerikalılara qarşı ehtimal edilən işgəncə halları ilə bağlıdır.
Mənbələrin sözlərinə görə, bununla bağlı açıqlama oktyabrın 8-də verilə bilər.
Telekanalın həmsöhbətləri bildiriblər ki, yeni ittihamlar Maduro hakimiyyəti dövründə Venesuelada ondan çox ABŞ vətəndaşının qanunsuz saxlanılması iddiaları ilə əlaqədardır.
Mənbələrdən biri əlavə edib ki, müstəntiqlər amerikalılara qarşı ehtimal edilən işgəncələrdə iştirakla bağlı daha bir neçə şəxsə ittiham verilməsi imkanını da müzakirə edirlər.
ABŞ 2026-cı ilin yanvarında keçirdiyi hərbi əməliyyat zamanı Maduro və onun həyat yoldaşını Venesueladan çıxararaq Nyu-Yorka aparıb. Maduro və Flores hazırda narkotiklərin qanunsuz dövriyyəsi və digər ittihamlarla bağlı federal həbsdə saxlanılır və özlərini təqsirli bilmirlər.
Maduro və həyat yoldaşının məhkəməsinin 1 iyun 2027-ci ildə başlaması planlaşdırılır.

