Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun oğlu atasının Nyu-Yorkda 18 məhbusla birlikdə kamerada saxlanıldığını bildirib.
Bu barədə Nikolas Maduro Gerra “Spiegel” jurnalına danışıb.
Onun sözlərinə görə, Maduronun kamera yoldaşları arasında bir müddət amerikalı reper Tekashi 6ix9ine də olub.
Maduro və həyat yoldaşı Siliya Flores bu ilin yanvarında ABŞ hərbçiləri tərəfindən Nyu-Yorka aparılıblar. ABŞ-da onlara, o cümlədən narkotik ticarəti ilə bağlı ittihamlar irəli sürülüb.
Hər ikisi ittihamları qəbul etmir və məhkəməni gözləyərək Bruklindəki həbsxanada saxlanılır.

