ABŞ prokurorluğu Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar hazırlayır.
Bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, buna səbəb Maduroya qarşı mövcud işin kifayət qədər əsaslı olmaması ilə bağlı narahatlıqlardır.
Mayamidəki prokurorlara Maduro ilə bağlı yeni cinayət araşdırmasına başlamaq tapşırılıb. Çünki ona qarşı hazırkı işin zəif olduğu ilə bağlı narahatlıqlar var,— deyə materialda qeyd olunub.

