Çinin Henan əyalətinin Цзяоцзо şəhərində restoran sahibi əməkdaşlarının pis hava şəraitində elektrik skuterləri ilə işə gedib-gəldiyini görərək onlara yeni BMW avtomobilləri hədiyyə edib.
“Pengpai” nəşrinin məlumatına görə, restoran sahibi Ma Yanli sentyabrın sonunda əməkdaşlarının hər gün işə elektrik skuterləri ilə gəldiyini və əlverişsiz hava şəraitində yolda ciddi çətinlik çəkdiklərini görüb.
Bundan sonra sahibkar fərqlənən əməkdaşlarını mükafatlandırmaq qərarına gəlib və onlar üçün yeni avtomobillərin pulunu tam şəkildə ödəyib.
“İclas zamanı rəhbər gözlənilmədən əməkdaşlarını birbaşa BMW avtosalonuna aparıb. Avtomobillərin pulu əvvəlcədən tam ödənilmişdi”, – məlumatda bildirilib.
Ma Yanli vurğulayıb ki, restoranın inkişafı bütün əməkdaşların zəhməti və töhfəsi olmadan mümkün deyil.
“South China Morning Post”un məlumatına görə, BMW avtomobilləri restoranın iki ən yaxşı əməkdaşına verilib. Hər avtomobilin qiyməti 45 min dollar təşkil edib.

