ABŞ-ın Yuta ştatında yay verandasında şam edən 56 yaşlı qadın faciəvi şəkildə həyatını itirib.
People nəşrinin məlumatına görə, hadisə Driftwood Grill restoranında baş verib. Güclü külək açıq havada olan çətiri masadan qoparıb və konstruksiya qadına çırpılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, qadın aldığı ağır xəsarət nəticəsində hadisə yerində ölüb. Hadisə zamanı bölgədə tufan müşahidə olunub, küləyin sürəti saniyədə 25 metrə çatıb.
Restoran rəhbərliyi mərhumun ailəsinə başsağlığı verib və istintaqla əməkdaşlıq etdiyini bildirib.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ-da buna bənzər hadisələr əvvəllər də baş verib. Onlar pis hava şəraitində açıq havada yerləşdirilən çətir və digər konstruksiyaların möhkəm bərkidilməsinin vacib olduğunu vurğulayırlar.

