Dünyaca məşhur restoran sahibi Nüsrət Gökçə yeni investisiya layihəsi ilə diqqət mərkəzinə düşüb. O, İspaniyanın İbiza adasında lüks yaşayış kompleksi inşa etdirərək daşınmaz əmlak sektoruna qədəm qoyub.
Dünyada “Salt Bae” hərəkəti ilə tanınan Nüsrət Gökçə restoran biznesindən sonra fəaliyyətini yeni sahədə genişləndirib.
Məşhur iş adamının İbizadakı “The N Residences Ibiza” adlı layihəsi 51 lüks mənzil, 4 restoran, üzgüçülük hovuzu və yeraltı avtomobil dayanacağından ibarətdir.

Müasir memarlığı və təqdim etdiyi imkanlarla seçilən layihənin tamamlanmaq üzrə olduğu bildirilir.
İllər ərzində açdığı restoranlarla dünya miqyasında tanınan brendə çevrilən Nüsrət Gökçə Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdə də restoran biznesinə sərmayə yatırıb. O, yeni layihəsi ilə daşınmaz əmlak sahəsində də fəaliyyətə başlayıb.

