Nyu-York meri Zohran Mamdani ABŞ Prezidenti Donald Trampdan İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) şəhərdə keçirdiyi əməliyyatlara son qoymasını tələb edəcəyini bildirib.
Mamdani bu barədə sosial şəbəkədə paylaşım edib. Onun açıqlaması ICE əməkdaşlarının iştirakı ilə baş verən son silahlı insidentdən sonra səsləndirilib.
“Prezidentlə danışanda ondan şəhərimizdə ICE-nin bütün hüquq-mühafizə əməliyyatlarına son qoymasını tələb edəcəyəm. ICE əməkdaşlarının sakinlərimizi qorxu altında saxlamasına dözməyəcəyəm”, – Mamdani bildirib.
Nyu-York meri ICE-nin şəhərdəki fəaliyyətinə qarşı çıxdığını vurğulayaraq, federal qurumun əməliyyatlarının dayandırılmasını tələb edəcəyini bəyan edib.

