MSNBC telekanalının məlumatına görə, Nyu-York meri vəzifəsinə Zöhran Mamdani seçilib.
“Nyu-Yorkun növbəti meri Zöhran Mamdani olacaq. Özünü demokrat-sosialist adlandıran siyasətçi, müstəqil namizəd Endryu Kuomonu və respublikaçı Kertis Slivanı məğlub edib,” — deyə xəbərdə bildirilir.
Qeyri-rəsmi ilkin nəticələrə əsasən, demokrat Mamdani 50,35% səs toplayıb.
Seçki kampaniyasının əvvəlində Mamdani demək olar ki, tanınmırdı — onun reytinqi cəmi 1% təşkil edirdi. Lakin siyasətçi Bronks və Kvins rayonlarına səfərlərindən sonra diqqət mərkəzinə düşdü. Bu ərazilərdə çoxu Donald Trampa səs vermişdi. Mamdani sakinlərlə söhbət edərək onların seçim səbəblərini öyrənib, əlində “Gəlin seçkilərdən danışaq” yazılı plakat tutaraq insanlarla sadə, açıq dialoqlar aparıb.
ABŞ konqresmeni Aleksandriya Okasio-Kortes bildirib ki, demokratlar Trampın ötənilki qələbəsindən sonra geri çəkilməyiblər. Onun sözlərinə görə, 4 noyabr seçkilərinin nəticələri göstərdi ki, partiya güclüdür və mübarizəyə hazırdır.

