ABŞ Prezidenti Donald Tramp keçmiş hərbçi Nidal Həsənin edamının canlı yayımlanması barədə qərarın qəbulunda iştirak etmədiyini bildirib.
Tramp CNY Central telekanalına müsahibəsində qeyd edib ki, buna baxmayaraq, belə bir qərarın hansı məqsədlə verildiyini anlayır.
Onun sözlərinə görə, edamın yayımlanması başqaları üçün nümunə və çəkindirici mesaj rolunu oynamalıdır.
Jurnalistin Həsən barəsində çıxarılan ölüm hökmünü dəstəkləyib-dəstəkləmədiyi barədə sualına Tramp müsbət cavab verib.
Nidal Həsən 2009-cu ildə Texasdakı Fort Hood hərbi bazasında həyata keçirdiyi silahlı hücuma görə təqsirli bilinib. Hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 2-də Həsən barəsində çıxarılan ölüm hökmünü təsdiqləyib. Bundan sonra ABŞ ordusu edamın dekabrın 3-də güllələnmə yolu ilə həyata keçirilməsi üçün tarix müəyyənləşdirib.
Pentaqon isə edamın ictimaiyyət üçün canlı yayımlanacağını bildirib.


